“Qarabağ” öz oyununu oynasa, qələbə qazanacaq”
16.08.2010 - 13:51
“Əməliyyat uğurla keçdi. Özümü yaxşı hiss edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Unibank Premyer Liqasının ilk turu çərçivəsində “Neftçi” ilə matçda zədələnən və dərhal Türkiyədə cərrahiyyə əməliyyatı olunan yarımmüdafiəçi bu gün vətənə dönüb. Çəlik vasitəsilə yeriyən futbolçu təxminən 3 həftədən sonra yenidən İstanbula yollanacaq: “Çəlik vasitəsilə yeriyirəm. 3 həftə Bakıda müalicə prosesi keçəcəyəm. Dizimi gücləndirməliyəm. Məşqlərə təxminən ay yarım, iki aydan sonra başlayacağam. 4 aydan sonra isə komanda ilə birgə hazırlıq keçəcəm”.
İsmayılov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Borussiya” ilə qarşılaşacaq “Qarabağ”ın şansını yüksək qiymətləndirib: “Qarabağ” öz oyununu oynasa, mütləq qələbə qazanacaq. Biz heç-heçə və ya minimal hesablı qələbə haqqında düşünürük. Oyunu televiziya vasitəsilə izləyəcəyəm. Əgər televiziya kanallarından heç biri oyunu yayımlamasa, internetdən baxacam. Azarkeşlər bizə inanır. Hər gün internet vasitəsilə komandanı dəstəkləyirlər. Bakıdakı oyunda qələbə qazanacağımıza inanıram”.

0
0