“Futbolçular arasında uyğunlaşma istənilən səviyyədə deyil”
16.08.2010 - 14:23
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Komandanız ardıcıl ikinci oyunda da meydanı məğlub tərk etdi. Sizcə, “Qəbələ”nin əsas problemi nədir?
– Görünür, komandada ciddi problemlər var. Futbolçular arasında uyğunlaşma istənilən səviyyədə deyil. “Neftçi” ilə oyunda uşaqlar toparlana bilmədilər. Ayrı-ayrılıqda götürdükdə, hər biri yaxşı futbolçudur. Ancaq futbol kollektiv oyundur.
- Bu uğursuz seriyanın qarşısının alınması üçün klubdaxili iclas keçiriləcəkmi?
- Buna ehtiyac yoxdur. Qarşılaşmadan sonra baş məşqçi ilə görüşə bilmədik. Sabah onunla görüşüb, fikirlərini öyrənəcəyəm. Növbəti oyunlarda komanda düzələcək. Bu gün “11-lik”də meydana çıxan futbolçulardan 6 nəfəri yeni transferdir. Onların bir-birini başa düşməsi üçün müəyyən vaxta ehtiyac var. Həm də komandada yerli futbolçu problemi mövcuddur.
- Baş məşqçiniz Toni Adams sərəncamındakı yerli futbolçulardan narazıdır?
- Xeyr, limitlə əlaqədar meydana ən azı 3 yerli oyunçu buraxılmalıdır. Sadəcə, bizdə eyni mövqedə çıxış edən yerli futbolçular çoxdur. Bunun nəticəsidir ki, ampluası müdafiəçi olan Nodar Məmmədova Adams dayaq yarımmüdafiəçisi kimi şans vermişdi. Transfer çalışmalarına gec başladıq. Ona qədər də üzdə olan yerli futbolçular başqa klublarla müqavilə imzaladılar.
- Belə çıxır ki, transfer çalışmalarınız hələ də davam edir...
- Axtarışlarımızı davam etdiririk. Əsasən da yerli futbolçu ilə anlaşmaq istəyirik. Hazırda düşərgəmizdə bir legioner baxışdadır. O, yarımmüdafiəçidir və “Everton”da çıxış edib. Hələlik müqavilə imzalamamışıq.
- Sizcə, bu gedişlə “Qəbələ” “altılığ”a düşə biləcəkmi?
- Komandanın nəinki “altılığ”a düşməyə, hətta mövsümü mükafatçılar sırasında bitirməyə potensialı var. Sadəcə, bir qədər zamana ehtiyacımız var. 1-2 oyunda büdrəmə ola bilər. Hər şey qaydasındadır. Yenə deyirəm, əsas problem uyğunlaşma və yerli oyunçu qıtlığı ilə bağlıdır. Yoxsa, kollektivimiz əladır. Mehribançılıq var.

0
0