Aleksandr Tarxanov: “Tvente” Vaqif Cavadov üçün pul istəyir
16.08.2010 - 15:03
“Hollandiyanın “Tvente” klubu Vaqif Cavadovu bizə elə-belə verməz. Onların müəyyən maddi tələbləri var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krılya Sovetov” komandasının baş məşqçisi Aleksandr Tarxanov deyib.
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun Samara təmsilçisinə mümkün keçidinə münasibət bildirən mütəxəssis keçidin baş tutacağına inanmır. Tarxanov Hollandiyanın “Tvente” klubuna lazım olmayan 21 yaşlı hücumçunu komandasında görmür: “Bundan başqa mən demək olar ki, Cavadovu tanımıram. Bütün bunlara əsasən Vaqifin “Krılya Sovetov”a keçməsi perspektivində böyük suallar var. O ki, qaldı uruqvaylı hücumçuya, onun üstündən xətt çəkmişik. Çünki transfer qiymətini belə qaldırmağa imkanımız yoxdur”.
Qeyd edək ki, hücumçu axtaran “Krılya Sovetov” artıq Braziliya və Şotlandiyadan ön xətt oyunçularını baxışa dəvət edib.

0
0