“Ramazan ayında “Qarabağ” üçün dua edirik”
16.08.2010 - 15:20
“Ramazan ayında “Qarabağ” üçün dua edirik”
“Qarabağ” ötən il də pley-off mərhələsinə vəsiqə qazanmışdı. Onda təmsilçimiz “Tvente” ilə üz-üzə gəlsə də, sonda mübarizəni dayandırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

“Neftçi”dən ayrıldıqdan sonra işsiz qalan Sadıqov Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək Dortmund “Borussiya”sını “Qarabağ”dan heç də güclü saymır. Onun fikrincə, Ağdam klubu bu mərhələni adlayıb, futbol tariximizdə yeni səhifə aça bilər: “Borussiya” “Qarabağ”dan qat-qat güclü komanda deyil. Düzdür, çətin oyun olacaq. Ancaq yaxşı nəticə qazanmaq olar. Güclü klublarla oyunda “Qarabağ” özünü toparlaya bilir. Səfərdə avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək lazımdır. “Qarabağ” buna nail olsa, son nöqtəni Bakıda qoyacaq. Ramazan ayında onların uğurlu çıxışı üçün dua edirik”.