Mahmud Qurbanov: Uduzduğumuz oyunlarda mən meydana çıxmamışam
16.08.2010 - 16:03
“Mən arxada qalan hər iki turda meydana çıxmamışam. Ona görə də niyə məğlub olduğumuz barədə fikir söyləyə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Paytaxtın eyniadlı komandası Unibank Premyer Liqasında keçirdiyi hər iki oyunda məğlub olub. AZAL-a 2:3 hesabı ilə yenilən “zolaqlılar” ardından Salyan səfərindən də xalsız dönüb. “Muğan” iddialı “Bakı”nı 1:0 hesabı ilə yenib. Vəziyyətin heç də yaxşı olmadığını deyən Qurbanov məğlubiyyətin səbəbini bilmədiyini deyib: “Vəziyyət elə də yaxşı deyil. Oyundan öncə klubun prezidenti Hafiz Məmmədov futbolçularla görüşdü. Heç özümüz də bilmirik ki, niyə uduzuruq. Baş məşqçi öz iradlarını bildirib”.

0
0