Vaqif Qasımovla Nazim Süleymanov arasında fikir ayrılığı yaranıb
16.08.2010 - 23:04
“Biz futbolçuların oruc tutmasına qadağa qoya bilmərik. Onlar da insandırlar və özləri bunu dərk etməlidirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib.
Unibank Premyer Liqasının II turunda “Turan”la qarşılaşan və hakimin yanlış qərarı sayəsində minimal hesablı qələbə qazanan “təyyarəçilər”in heyətində bir neçə futbolçu oruc tutduğu üçün meydanda istənilən səviyyədə çıxış edə bilmədi. Bu səbəbdən Süleymanov hələ birinci hissə başa çatmamış Zohair Benouahini başqa futbolçu ilə əvəzlədi.
Oyundan sonra saytımıza müsahibə verən komandanın prezidenti Vaqif Qasımov da bununla bağlı narazılığını bildirib: “AZAL çox zəif çıxış etdi. Səbəbinə gəldikdə, azərbaycanlı uşaqlar da daxil olmaqla, bir neçə futbolçumuz oruc tutublar. Bundan xəbərim olmayıb. İndi onlar buna görə cəzalandırılacaqlar”.
Ancaq baş məşqçi fərqli fikirdədir: “Onlar uşaq deyil, peşəkar futbolçulardır. Eyni zamanda, peşəkar klubda oynadıqlarını da yaxşı bilirlər. Ya oynamalıdırlar, ya da oruc tutmalıdır. Həmin futbolçuların meydana çıxıb-çıxmayacağı barədə indidən qərar vermək olmaz. Zamanı çatanda fikir bildirəcəyik. Ancaq biz hazır olan, 90 dəqiqə meydana komandaya faydalı ola biləcək futbolçulara şans verəcəyik”.

0
0