AZAL-da yubiley qolu
16.08.2010 - 16:59
AZAL-da yubiley qolu
Bakının AZAL klubunun futbolçusu Draqan Mandiç komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, serbiyalı legioner klubun tarixində 200-cü - yubiley qolunun müəllifi olub.

Azərbaycan futbol səhnəsinə 2004-cü ildə AMMK kimi daxil olub, sonradan “Olimpik” və “Olimpik-Şüvəlan” adlarını da daşıyan “təyyarəçilər” “Turan”la oyuna qədər 199 qol vurmuşdu. Unibank Premyer Liqasının II turunun ev qarşılaşmasında komandasına 3 xal gətirən topu vuran Mandiç bununla da yubileyin səbəbkarı olub.

AZAL: “200”ə gedən yol

AMMK adı altında - 26 qol
2004/05 mövsümü – 26 qol
Çempionat, I dəstə - 25
Kubok – 1

“Olimpik” adı altında – 133 qol
2005/06 mövsümü – 21 qol
Çempionat, güclülər dəstəsi – 15
Kubok – 6

2006/07 mövsümü – 38 qol
Çempionat, güclülər dəstəsi – 28
Kubok - 10

2007/08 mövsümü – 38 qol
Çempionat, güclülər dəstəsi – 29
Kubok - 9

2008/09 mövsümü – 36 qol
UEFA kuboku – 1 qol
Çempionat, güclülər dəstəsi – 32
Kubok – 3

“Olimpik-Şüvəlan” adı altında – 37 qol
2009/10 mövsümü – 37 qol
Premyer Liqa – 33
Kubok – 4

AZAL adı altında – 4 qol
2010/11 mövsümü – 4 qol
Premyer Liqa – 4


I dəstə - 25
Güclülər dəstəsi – 141
Acrokubok – 1
Kubok – 33

Vüqar XEYRULLAYEV