Vaqif Cavadov rus klubu üçün arxa plana keçdi
16.08.2010 - 23:01
Rusiyanın “Terek” klubu Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun transferinə ikinci dərəcəli kimi yanaşır. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun adı Qroznı təmsilçisi ilə yanaşı çəkilsə də, çeçenistanlıların başı digər ön xətt oyunçusunun keçidinə qarışıb. Belə ki, hücumçu axtarışında olan “Terek” Vaqifi deyil, CAR yığmasının futbolçusu Katlin Mfelanı almaqda maraqlıdır.
Mundial iştirakçısı üçün onun vətənində çıxış etdiyi “Mamelodi Sandaunz” klubuna 1 milyon dollar təklif olunub. Lakin afrikalılar Mfelanı əldən vermək istəmir. Lakin ümidini itirməyən rusiyalılar danışıqların davamında istəklərinə çatacağına ümid edirlər.
Qeyd edək ki, Mfelanın transferinin baş tutmamağı Hollandiyanın “Tvente” klubunda heyətə düşə bilməyən Cavadovun “Terek”ə keçidinə müsbət təsir göstərə bilər.

0
0