Uinston Parks rəsmən “Xəzər Lənkəran”da!
16.08.2010 - 17:25
“Xəzər Lənkəran” daha bir transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Kosta-Rika milli komandasının futbolçusu Uinston Parksın Lənkəran təmsilçisinə keçidi rəsmiləşib. Klub rəhbərliyi bu gün 29 yaşlı hücumçu ilə iki illik müqavilə imzalayıb.
Azərbaycana gələnədək son klubu Rumıniyada “Timişoara” olan Parks 10 ildir çıxış etdiyi yığmada 28 oyuna 6 qol vurub. 2002-ci ildə Kosta-Rika yığmasının heyətində dünya çempionatının final mərhələsində iştirak edən Parks Türkiyə ilə oyunda (1:1) da fərqlənib.
İtaliyada “Udineze” və “Askoli”də çıxış etdikdən sonra Rusiyaya yollanan hücumçu əsas uğurlarını “Lokomotiv”də qazanıb. 2002-06-cı illərdə “dəmiryolçular”la iki dəfə Rusiya çempionu adına sahib çıxıb.
Premyer Liqada 64 matça 13 qol vuran Parks Rusiyada “Lokomotiv“dən başqa, “Saturn”un da şərəfini qoruyub. Çexiyanın “Slovan” klubunda oynadıqdan sonra Uinston vətəninə - Avropaya gələnədək top qovduğu “Alaxuelense”yə qayıdıb. Oradan “Timişoara”ye keçən kosta-rikalı 2008-ci ilin yayından Rumıniyada oynayıb.
Qeyd edək ki, Parksın “Xəzər Lənkəran”a keçəcəyi ilə bağlı xəbəri ilk dəfə apasport.az saytı yazmışdı.

0
0