Souza “Muğan”a keçdi
16.08.2010 - 18:01
Souza “Muğan”a keçdi
“Muğan” heyətinə daha bir legioner qatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı braziliyali yarımmüdafiəçi İqor Souza növbəti 1 ildə Salyan təmsilçisinin şərəfini qoruyacaq.

Karyerası ərzində Portuqaliyanın “Gil Visente”, “Estoril” klublarında çıxış edən futbolçu son mövsümdə “Feyrens”in heyətində yer alıb və 20 matçda meydana çıxaraq 3 qola imza atıb.