Milli komandanın baş məşqçisi güllələndi
16.08.2010 - 21:27
Kolumbiya futbolunda daha bir qətl törədilib. Apasport.az saytının məlumatına görə, 15 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Alvaro Poveda cinayətkarların qurbanı olub.
Hadisə yeniyetmələr yığmasının oyunundan sonra baş verib. Povedaya hücum çəkən qatillər ona 5 dəfə atəş açıblar. Məşqçi yerindəcə vəfat edib. Kolumbiya polisi məsələni araşdırmağa başlayıb.
Qeyd edək ki, bu, Kolumbiya futbolunda ilk belə hadisə deyil. 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının final mərhələsi yığmanın üzvü Andres Eskobar üçün sonuncu olmuşdu. Meydan sahibləri ilə oyunda avtoqola imza atan futbolçu mafiya tərəfindən güllələnmişdi. 10 il sonra millinin hücumçusu Alberto Usurriaqa da güllələnərək, qətlə yetirilmişdi.

0
0