UEFA Azərbaycan yığması üçün Sərdarı Akçeri seçdi
16.08.2010 - 23:08
UEFA Azərbaycan yığması üçün Sərdarı Akçeri seçdi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının çıxış edəcəyi Avropa Liqasının Superfinalında fit çalacaq hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək yarışda türkiyəli ədalət təmsilçisi də yer alacaq. Belə ki, UEFA avqustun 25-29-da baş tutacaq oyunlara təyinatları bölüşdürərkən Sərdar Akçeri də seçib.

Qeyd edək ki, Avropa Liqasının Superfinalında yığmamızla yanaşı, Türkiyə, İspaniya, Rusiya, Portuqaliya, İtaliya, İsveçrə, Macarıstan, Rumıniya, Fransa və İsrail yığmaları da mübarizə aparacaqlar.