“Bakı”ya gəlmədi, “Dinamo”ya “hə” dedi
16.08.2010 - 23:12
“Bakı”ya gəlmədi, “Dinamo”ya “hə” dedi
Bir müddət əvvəl adı “Bakı” klubu ilə yanaşı hallanan Vahid Həlilhociç özünə iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, tanınmış bosniyalı mütəxəssis bundan sonra Xorvatiyanın “Dinamo” klubuna rəhbərlik edəcək. Zaqreblilər 57 yaşlı çalışdıcı ilə 2 illik müqavilə imzalayıblar. Bundan əvvəlki iş yeri Kot d’ivuar yığması olan Həlilhociç indiki postunda Velimir Zayetsi əvəzləyib.

Qeyd edək ki, cari mövsümün startı ərəfəsində Vinfred Şaferlə anlaşan “Bakı” rəhbərliyi almaniyalı ilə razılıq əldə etməzdən əvvəl Həlilhociç variantını da götür-qoy edirdi.