Vaqif Cavadov “Bakı” ilə razılaşdı
16.08.2010 - 23:38
Vaqif Cavadov “Bakı” ilə razılaşdı
"Qarabağ"a dönməkdən imtina edən, Rusiya və Hollandiyanın başqa klublarında karyerasını davam etdirmək haqda düşünən Vaqif Cavadov deyəsən, sonda ölkəyə qayıdacaq. Apasport.az saytının xəbərinə görə, yığmamızın hücumçusu səviyyəli yerli oyunçuya ciddi ehtiyac duyan "Bakı" ilə danışıqlar aparır. Hətta artıq müqavilənin şərtləri də demək olar, razılaşdırılıb.

Keçmiş klubu "Qarabağ"la maliyyə məsələsində anlaşa bilməyən forvard paytaxt təmsilçisinin əla təklifinə "yox" deyə bilməyib. Hazırda Vaqifin "Tvente"dən transfer vərəqəsi almaq üçün bu klubun rəhbərliyi ilə danışıqlar apardığı deyilir. Bu məsələ həll olunandan sonra "Bakı" Vaqiflə rəsmi müqaviləyə imza atacaq.