UEFA mövsümün ən yaxşılarını seçir
17.08.2010 - 09:40
UEFA mövsümün ən yaxşılarını seçir
UEFA mövsümün ən yaxşı futbolçularının adlarını açıqlamağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Avropa kuboklarında gözəl oyun nümayiş etdirən namizədlər arasında Çempionlar Liqasının son qalibi “İnter” klubunun 5 üzvü yer alıb. “Barselona” isə 4 futbolçu ilə təmsil olunub. Çempionlar Liqasının finalçısı “Bavariya”nın isə cəmi 1 futbolçusu mövsümün ən yaxşısı seçilə bilər.

Qapıçılar
Julio Sezar (“İnter”, İtaliya)
Huqo Lloris (“Lion”, Fransa)
Viktor Valdes (“Barselona”, İspaniya)

Müdafiəçilər
Lusio (“İnter”, İtaliya)
Maykon (“İnter”, İtaliya)
Cerard Pike (“Barselona”, İspaniya)

Yarımmüdafiəçilər
Xavi Hernandez (“Barselona”, İspaniya)
Aryen Pobben (“Bavariya”, Almaniya)
Uesli Sneyder (“İnter”, İtaliya)

Hücumçular
Leonel Messi (“Barselona”, İspaniya)
Dieqo Milito (“İnter”, İtaliya)
Ueyn Runi (“Mançester Yunayted”, İngiltərə)

Qeyd edək ki, 4 nominasiya üzrə qaliblərin adları avqustun 26-da ÇL-in püşkatma mərasimində açıqlanacaq.