Elmar Baxışyevin zədəsi ciddi imiş
17.08.2010 - 10:30
“Elmar Baxşıyevin zədəsi ciddidir. O, bir müddət komandaya kömək edə bilməyəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının II turunda “Qəbələ” ilə səfər matçında zədələnən yarımmüdafiəçi həkim müayinəsindən keçib. Məlum olub ki, Baxşıyevin bud nahiyəsində zədə var və bu ona oynamağa mane olur: “3-4 həftə Elmar komandaya kömək edə bilməyəcək. Onun bud nahiyəsində yırtıq aşkarlanıb”.
Həftəsonu “Simurq”la qarşılaşacaq bakılıların itkisi bununla yekunlaşmır. Belə ki, yığmanın düşərgəsindən zədəli dönən İqor Mitreski Zaqatala təmsilçisi ilə oyunda da meydana çıxmayacaq: “Mitreski də həkim nəzarəti altındadır. Kollektiv məşqlərə qatılmır. Təbii ki, onların yerini dolduracaq futbolçular var. Sadəcə, indidən ad açıqlamaq istəmirəm. Transfer çalışmaları zamanı bu cür məqamları da nəzərə almışdıq”.

0
0