Ölkə çempionundan Ramazan yeniliyi
17.08.2010 - 10:53
Dünyanın bir çox klubları kimi son İspaniya çempionu “Barselona” da futbolçularının oruc tutmağı ilə bağllı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi müsəlman futbolçuları Erik Abidal və Seydu Keytanın Ramazan ayı ərzində çətinlik yaşamamağının qayğısına qalır. “Barselona” rəhbərliyi nə futbolçularının oruc tutmağına qadağa qoymağa qoymaq fikrindədir, nə də onların fiziki cəhətdən zəifləməsinə göz yummaq istəmir.
Bunu nəzərə alan ispaniyalılar hər iki oyunçusu üçün xüsusi menyu hazırlayıb. Legionerlərə təklif olunacaq bu menyu Abidal və Keytanın orqanizminin oruc vaxtı zəifləməməyinə kömək edəcək. Bununla da həm futbolçular oruc tutacaq, həm də “Barselona”ya lazım olan köməyi edəcəklər.
Qeyd edək ki, eyni problem Azərbaycan klublarında da yaşanır.

0
0