”Xəzər Lənkəran”da 60-cı legioner
17.08.2010 - 11:28
Unibank Premyer Liqasının II turunun “Simurq” ilə səfər oyununda daha iki futbolçu ilk dəfə “Xəzər Lənkəran”ın formasını geyib. Apasport.az saytının məlumatına görə, rumıniyalı futbolçular Katalin Doman və Konstantin Arbanas transferləri yubandığından yalnız ötən tur meydana çıxa biliblər. Debütü rəsmiləşən legionerlər “Xəzər Lənkəran”ın 6 illik tarixinə müəyyən əlavələr ediblər. Belə ki, Domanla Arbanas komandanın həm ümumi oyunçularının, həm əcnəbi futbolçularının, həm də rumıniyalılarının sayını artırıblar.
Zaqatala səfərinə kimi 106 oyunçunun xidmətində maraqlı olan Lənkəran təmsilçisinin ümumi futbolçu sayı artıq 108-ə çatıb. Domanla Arbanasın sayəsində legionerlərin sayı da 60 olub. Meydana nisbətən gec çıxan Konstantin sayca 60-cı əcnəbi sayılır.
Rumıniyalılar həm də vətənlərini bu klubda təmsil edənlərin sayına təsir ediblər. Belə ki, “Xəzər Lənkəran” tarixinin rumıniyalı legionerləri artıq braziliyalılar qədərdir. Onlar 23 ölkə arasında ikinci yerə şərikdirlər: Türkiyə - 9, Braziliya, Rumıniya – hərəsi 6, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina – hərəsi 1.
Mənbə: lankaranfc.com

0
0