Elxan Məmmədov “Xəzər-Lənkəran”ın həkimini təbrik etdi
17.08.2010 - 12:10
Elxan Məmmədov “Xəzər-Lənkəran”ın həkimini təbrik etdi
Tanınmış idman həkimi Boris Xetaqurovun az öncə 70 yaşının tamam olmasına AFFA rəsmilər də biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, ad günü münasibətlə bu gün futbol qurumunun baş katibi Elxan Məmmədov yubilyarı qəbul edib. Yubilyara AFFA prezidenti Rövnəq Abdullayevin təbriklərini çatdıran baş katib onun əməyini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Xetaqurov hazırda “Xəzər-Lənkəran” klubunda çalışır.

Mənbə: affa.az