Azərbaycan yığması superfinalda oynayacaq
17.08.2010 - 12:16
Azərbaycan yığması superfinalda oynayacaq
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası daha bir mötəbər turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri Portuqaliyanın paytaxtı Lissabonda təşkil ediləcək Avropa çempionatının superfinalında qüvvələrini sınayacaqlar. Avqustun 23-də start götürəcək yarış 8 gün davam edəcək.

Qeyd edək ki, yığmanın heyətində səfərə Elşad Quliyev, Müslüm Hüseynov, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Emin Kürdov, Renat Sultanov, Asif Zeynalov, Elnur Əhmədov və Vaqif Şirinbəyov yollanacaqlar.

Mənbə: affa.az