“Neftçi” milli komanda üzərində qələbə qazandı
17.08.2010 - 12:26
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Sumqayıtda təlim-məşq toplanışı keçirən Adil Şükürovun yetirmələri “Neftçi” klubunun nəzdindəki U-19-la qarşılaşıblar. Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə yaş fərqi özünü göstərib. Ağ-qaralar” bu matçda 1:0 hesabı ilə qalib gəliblər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0