Yenə Stromberqson
17.08.2010 - 12:57
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində keçirəcəyi ilk oyunun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniya ilə sentyabrın 7-də baş tutacaq qarşılaşmanı isveçli referi Markus Stromberqson idarə edəcək.
O, Köln şəhərindəki “Reyn Enerji Stadium”da keçiriləcək Almaniya – Azərbaycan görüşünün start fitini Bakı vaxtı ilə saat 23:45-də verəcək.
Qeyd edək ki, Stromberqson ötən il iyunun 6-da keçirilən Azərbaycan – Uels matçında da baş hakim olmuşdu. Yığmamızın 0:1 hesabı ilə uduzduğu qarşılaşmada skandinaviyalı ədalət təmsilçisi futbolçularımıza vərəqə göstərməmişdi.

0
0