AZAL-ın sabiq futbolçusu ömürlük futboldan uzaqlaşdırıldı
17.08.2010 - 13:13
Bakının AZAL klubunun sabiq futbolçusu Sergey Laşenkovun adı ilə bağlı olan məşhur “Metallist” – “Karpatı” oyununun “qəhrəmanları” cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi 2008-ci ilin yazında keçirilən və nəticəsi danışılmış olan görüşlə bağlı qərarlarını açıqlayıb.
“Metallist”in 4:0 hesabı ilə qalib gəlməsi üçün çalışan hər iki komandanın hesabından 9 xal silinib. Belə ki, “Karpatı” və “Metallist”in iki il əvvəlki əməllərinin cəzasını cari mövsüm ödəyəcəklər.
Bundan başqa, Xarkov təmsilçisinin baş direktoru Yevgeni Krasnikov oyunu aldığına, moldovalı legioner Laşenkov isə satdığına görə ömürlük futboldan kənarlaşdırılıb.
“Karpatı”nın fəxri prezidenti Pyor Dıminski və baş direktoru İqor Dedışko isə 5 illik futbol fəaliyyətindən uzaqlaşdırılıb. Hər iki klub və qarşılaşmanın iştirakçıları olan futbolçuların böyük hissəsi pul cəriməsi də ödəməlidirlər.

0
0