“Qarabağ” – “Borussiya” oyunu “Netradio”da
17.08.2010 - 13:58
“Qarabağ” – “Borussiya” oyunu “Netradio”da
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Borussiya” matçı Almaniyada canlı yayımlanmayacaq. Apasport.az saytının məlumatına görə, dortmundlu azarkeşlər Bakıdakı qarşılaşmanı radio vasitəsilə dinləyəcəklər.

Belə ki, avqustun 26-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş almaniyalı azarkeşlərə “Netradio” vasitəsilə çatdırılacaq. Ölkəmizdə isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq cavab matçının hansı kanalla yayımlanacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, avqustun 19-da, Dortmunda keçiriləcək qarşılaşma Almaniyanın məşhur ZDF-2 kanalı vasitəsilə yayımlanacaq.