Sadıq Sadıqov: Onlara lazımi qaydada mükafatlar veriləcək
17.08.2010 - 14:43
“Sevincimin həddi-hüdudu yoxdur. Klubumuzun 3 idmançısı artıq Olimpiya çempionu adına layiq görülüb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” İdman Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov deyib.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışına münasibət bildirən Sadıqov yetirmələrinin Sinqapurda uğur qazanacağını gözləyirmiş: “Güləşçilərimiz Murad Bazarov (42 kq) və Elman Muxtarov (52 kq) hələ Olimpiadadan öncə nəyə qadir olduqlarını sübut etmişdilər. Onlar Sinqapur-2010-a lisenziya qazandıqdan sonra ümidlərimiz daha da artdı, ordan medalla qayıdacaqlarını gözləyirdik. Bazarov və Muxtarov çox perspektivli uşaqlardır. Ağır atletimiz Nicat Rəhimovun (69 kq) da gələcəyi parlaqdır. Öz üzərində ciddi işləyir və bunun nəticəsi olaraq, Olimpiya çempionu adına layiq görüldü. Bir sözlə, inanıram ki bu idmançıların qələbələrinin ardı gələcək və onlar böyüklər arasında da nəyə qadir olduqlarını sübut edəcəklər”.
Olimpiadaya lisenziya qazanan 12 idmançıdan beşi (2 güləşçi, 1 boksçu, 1 ağırlıqqaldıran və 1 taekvondoçu) “Neftçi” İdman Sağlamlıq Mərkəzini təmsil edir. Onlardan üçünün qızıl medala yiyələnməsi digər komanda yoldaşlarında da ruh yüksəkliyi yaradacaq. Sadıqovun sözlərinə görə, digər 2 təmsilçiləri də Sinqapurdan uğurla dönəcəklər: “Biz taekvondoçumuz və boksçumuza da inanırıq. Sabah Səbuhi İsmayılzadə (73 kq) mübarizəyə qoşulacaq. Ondan da uğur gözləyirik. Boksçumuz isə avqustun 21-də rinqə çıxacaq. Bu idmançılardan da medal gözləyirik. Çünki onlar yeniyetmə olmalarına baxmayaraq, dünya və qitə miqyaslı yarışlarda öz sözlərini deyiblər”.
Sadıqov bildirib ki, yarışdan qayıtdıqdan sonra klubun medal qazanan yeniyetmələri mükafatsız qalmayacaqlar: “Yetirmələrimiz hələ Olimpiadaya yollanarkən onları qəbul edərək, uğurlar arzuladım. Həmin görüşdə idmançılarımıza lisenziya qazandıqları üçün mükafatlar təqdim etdik. Daha sonra isə söz verdim ki, Sinqapurdan gözəl nəticə ilə dönərlərsə, şəxsən özüm qarşılayacağam və lazımi qaydada hədiyyələr veriləcək. Çünki Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də idmançıları çox sevir. Onları daima diqqətdə saxlayır. Mərkəzimiz də bu şirkətin nəzdində fəaliyyət göstərdiyindən onlar Dövlət Neft Şirkəti tərəfindən lazımınca mükafatlandırılacaqlar. Yəni idmançılarımız qayıtdıqdan sonra onların planlı mükafatlandırma mərasimi keçiriləcək. İnanıram ki, mükafatın məbləği yeniyetmələri qane edəcək”.
Qeyd edək ki, “Neftçi” İdman Sağlamlıq Mərkəzində 5000-ə yaxın idmançı 9 idman qurğusunda 26 növ üzrə hazırlıq keçirlər. Onları məşqlərinə 575 məşqçi-müəllim nəzarət edir.
Tahir HÜMMƏTOV

0
0