Lui van Qal üçün 2 azərbaycanlı - FOTO
17.08.2010 - 16:19
“Avqustun sonunda Azərbaycanı tərk edəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun sabiq baş məşqçisi, hazırda isə komandada məşqçi kimi fəaliyyət göstərən Ramiz Məmmədov deyib.
Toni Adamsın “Qəbələ”nin baş məşqçisi təyin edilməsindən sonra, son 4 ildə əyalət təmsilçisini çalışdıran Ramiz Məmmədov köməkçi-məşqçi funksiyasını yerinə yetirir. Ancaq klub rəhbərliyi Məmmədovu təcrübəsini artırmaq məqsədi ilə xarici ölkələrdən birinə göndərəcəyini demişdi. Artıq məşqçinin gedəcəyi məkan dəqiqləşib.
Belə ki, o, tanınmış hollandiyalı məşqçi Lui Van Qalın yanına gedir: “Vizanın açılmasını gözləyirəm. Ayın sonunda səfərə çıxacağıq. Elxan Abdullayevlə birgə gedəcəyik. “Bavariya”ya, Lui Van Qalın yanına yollanacağıq. Təcrübəni orada keçəcəyik. Bizim səfərimizi Pro kateqoriyalı kurslar təşkil edir. Neçə gün qalacağımız da viza açıldıqdan sonra biləcəyik”.

0
0