PFL daha bir oyun təxirə saldı
17.08.2010 - 16:48
Ağdamın "Qarabağ" klubunun daha bir oyunun vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, Qurban Qurbanovun komandasının avqustun 19-da Avroliqada pley-off mərhələsində iştirakı ilə əlaqədar olaraq MOİK-lə oyunu 1 gün gec keçiriləcək. Unibank Premyer Liqasının III turu çərçivəsində baş tutmalı olan görüş avqustun 21-də deyil, 22-də təşkil ediləcək.
Bu klubların əvəzedici heyətləri arasında III turun oyunu isə avqustun 21-də keçiriləcək.
Qeyd edək ki, bundan öncə - II turda “Qarabağ” və “Gəncə” komandalarının oyunu qeyri-müəyyən tarixə kimi təxirə salınıb.

0
0