“Bakı”nın müdafiəçisini Botsvanaya aparırlar
17.08.2010 - 17:32
“Bakı”nın futbolçusu Dare Nibombe Toqo milli komandasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi final mərhələsi 2012-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Botsvana ilə səfər oyununa çağırılıb.
O, sentyabrın 3-də keçiriləcək qarşılaşmada toqolulara kömək etməyə çalışacaq. Belə ki, Toqo Futbol Federasiyası Nibombenin dəvəti ilə bağlı “Bakı” klubuna rəsmi məktub göndərib.
Qeyd edək ki, seçmə mərhələnin K qrupunda yer alan Toqo yığması Tunis, Botsvana, Malavi və Çad milliləri ilə mübarizə aparmalıdır. Darenin komandası artıq iki oyun keçirsə də, hələ də qələbəyə həsrətdir. Toqolular səfərdə Çad, evdə isə Malavi ilə heç-heçə ediblər – müvafiq olaraq 2:2 və 1:1.

0
0