Almaniya milli komandası qorxu içində
17.08.2010 - 17:59
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Almaniya yığması indidən Türkiyə ilə qarşılaşmanı düşünür. Apasport.az saytının məlumatına görə, sentyabrın 3-də Belçika, 4 gün sonra isə millimizlə görüşəcək Bundestim tərəfindən bu iki görüş o qədər ciddi qəbul olunmur. Əvəzində almaniyalılar oktyabrın 8-dəki duelə hazırlığı davam etdirir.
Almaniya Futbol İttifaqının baş katibi Volfqanq Nirsbax qrup qalibi olmaq baxımından bu görüşü finala bənzədir: “Türkiyə ilə oyunlar həlledici xarakter daşıyır. Biz istəyirik ki, qarşılaşmalar dostluq şəraitində keçsin”.
Almaniyalılar türkiyə futbolçularından deyil, azarkeşlərindən çəkindiyini də gizlətmirlər. Düzdür, 74422 azarkeş tutan Berlindəki Olimpiya stadionunda qonaqlar o qədər də çox olmayacaq. UEFA meydan sahiblərinin biletlərin ən azı 10 faizini qonaqlara verməsini tələb kimi qoyub. Türklər bununla kifayətlənməyib, danışıqlar vasitəsilə 7442 rəqəminin 11 minə qədər qaldırılmasına nail olublar. Lakin Nirsbax bu sayda azarkeşi də təhlükəli rəqib sayır: “Türk azarkeşlərin xarakterini, sevimlilərini necə dəstəklədiyini çox gözəl bilirik. Ona görə də istəyirik ki, yığmamıza öz meydanında oynadığını hiss etdirə bilək. Bu məqsədlə azarkeşlərimizə 15 min ağ futbolka paylayacağıq”.
Qeyd edək ki, Azərbaycan, Almaniya, Türkiyə və Belçikadan başqa, Avstriya və Qazaxıstan da A qrupunda mübarizə aparırlar.

0
0