Dmitri Kruqlov İtaliya yığmasına qarşı
17.08.2010 - 18:13
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov Estoniya yığmasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi millisinin sentyabrda keçirəcəyi görüşlərdə iştirak edə bilər. Baş məşqçi Tarmo Ruutli İtaliya və Özbəkistanla matçlarda sərəncamında görmək istədiyi 25 futbolçu arasında Kruqlova da yer verib.
Estoniyalılar sentyabrın 3-də Avro-2012-nin seçmə mərhələsi çərçivəsində İtaliya ilə 4 gün sonra isə yoldaşlıq oyununda Özbəkistanla üz-üzə gələcəklər. Hər iki oyun Tallində baş tutacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” və “Neftçi”dən bu ay ayrılan Tihion Şişov və Taavi Rahn da yığmaya çağırılan 25 nəfər arasındadırlar.

0
0