Türk futbolçu “Real”da!
17.08.2010 - 22:54
Almaniya milli komandasının futbolçusu Məsut Özil “Verder”dən İspaniyanın “Real” klubuna keçib. Lent.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçinin transferi haqda xəbər avqustun 17-də Bremen və Madrid klublarının rəsmi saytlarında yer alıb.
21 yaşlı oyunçu ilə müqavilənin müddəti açıqlanmır. “Marca” qəzeti “Real”ın “Verder”ə 20 milyon avro ödədiyini yazıb. Lakin bu xəbər rəsmən təsdiqlənməyib. Səhər saatlarında “Verder”in stadionuna gələn Özil məşq etmədən klubun ofisinə yollanıb. Orada gənc futbolçu “kral klubu”na keçidini rəsmiləşdirib.
Qeyd edək ki, Məsut Özil karyerasına “Şalke 04”də başlayıb. O, 2008-ci ilin yanvarında 4,3 milyon avro qarşılığında “Verder”ə keçib. Bremen komandası ilə 2009-cu ildə ölkə Kubokunu qazanan Özil Türkiyə və Almaniya yığmaları arasında seçim edərkən, üstünlüyü Bundestimə verib. Beləliklə, 2009-cu ilin fevralında Almaniya millisində debüt edən türk əsilli futbolçu tezliklə komandanın liderlərindən birinə çevrilib. Özil zədə üzündən 2010-cu il dünya çempionatına yollana bilməyən Mixael Ballakın mövqeyində çıxış edib və yığmanın bürünc medal qazanmasında böyük rol oynayıb.
Yarımmüdafiəçi mundialdan sonra “Verder”lə 2011-ci ilin iyununadək qüvvədə olan müqaviləsini uzatmaqdan imtina edib. Bu halda Bremen klubu Özilin satışından müəyyən məbləğdə pul qazanmaq üçün onun Real”a transferinə mane olmayıb.

0
0