İsveçrədə növbəti sensasiya
18.08.2010 - 08:35
İsveçrədə növbəti sensasiya
Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq iddiasında olan 10 komanda münasibətlərini aydınlaşdırıblar.

Baş tutan matçlardan sonra yalnız Slovakiya çempionu “Jilina” nisbətən rahat nəfəs ala bilər. 2005-ci ilin yayında UEFA kubokunda “Bakı” ilə görüşmüş slovakiyalılar Çexiyada “Sparta” üzərində inamlı qələbə ilə qrup mərhələsinin bir addımlığına kimi irəliləyiblər. Xatırladaq ki, 5 il əvvəl Bakıda 0:1 hesabı ilə uduzan “Jilina” öz meydanında 3:1 hesablı qələbəyə sevinmişdi.

Pley-off mərhələsinin ilk gününün ən gözlənilməz nəticəsi isə İsveçrədə qeydə alınıb. Türkiyənin “Fənərbaxça” klubunu mübarizədən kənarlaşdıran “Yanq Boyz” bu dəfə “Tottenhem”ə “dişini göstərib”. Oyunun ilk yarım saatında 0:3 hesabı ilə uduzan ingilislər çətinliklə fərqi minimuma endirsə də, məğlubiyyətdən qaça bilməyiblər.

Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar


“Dinamo” (Ukrayna) – “Ayaks” (Hollandiya) - 1:1
Qusev, 66 - Vertongen, 57

“Zenit” (Rusiya) – “Oser” (Fransa) - 1:0
Kerjakov, 3

“Yanq Boyz” (İsveçrə) – “Tottenhem” (İngiltərə) - 3:2
Luliç, 4; Byenvenyu, 13; Xoxştrasser, 28 - Bassonq, 42; Pavlyuçenko, 83

“Sparta” (Çexiya) – “Jilina” (Slovakiya) - 0:2
Sisey, 51; Oravets, 73

“Rusenborq” (Norveç) – “Kopenhagen” (Danimarka) - 2:1
İversen, 23; Henriksen, 57 - Qronkyaer, 84

Qeyd edək ki, mərhələnin ilk oyunları çərçivəsində keçiriləcək digər 5 oyun bu gün baş tutacaq.