“Beşiktaş” Finlandiyaya rahat yollanır
18.08.2010 - 09:10
“Beşiktaş” Finlandiyaya rahat yollanır
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində iki qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk günü meydan sahiblərinin qələbələri ilə əlamətdar olub.

“Aris” Yunanıstanda, “Beşiktaş” isə Türkiyədə qonaqları “quru” məğlubiyyətə uğradıb. İstanbullular HİK-lə görüşün hər hissəsində bir dəfə fərqlənməklə, Finlandiyadakı cavab matçına sərfəli nəticə ilə yollanacaqlar.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar


“Aris” (Yunanıstan) – “Austriya” (Vyana, Avstriya) – 1:0
Ruis, 90

“Beşiktaş” (Türkiyə) – HİK (Finlandiya) – 2:0
Hilbert, 35, Kuarejma, 66