AFFA milli komandaya rəqib tapdı
18.08.2010 - 09:19
AFFA milli komandaya rəqib tapdı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir oyun keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının I seçmə mərhələsinə hazırlaşan milli “Neftçi” İSM-in nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə üz-üzə gələcəklər. Sabah keçiriləcək matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, millimizin “Neftçi” İSM ilə qarşılaşması saat 18:00-da başlayacaq.

Mənbə: affa.az