“Borussiya” - “Qarabağ” matçına artıq 45 min bilet satılıb
18.08.2010 - 09:40
“Borussiya” - “Qarabağ” matçına artıq 45 min bilet satılıb
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Borussiya” ilə keçirəcəyi matça bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, azarkeş sayı ilə bütün Avropaya örnək olan Almaniya təmsilçisinin ev oyununa artıq 45 min bilet satılıb.

Dortmunddakı matç üçün 65614 bileti satışa çıxaran “Borussiya” rəhbərliyi kassaların oyun günü saat 19:30-a kimi açıq olmasına qərar verib. Azarkeşlərinin məşhur “Vestfalenştadion”a illik abunələrlə də gələcəklərini düşünən dortmundlular “Qarabağ”la görüşə azı 60 min tamaşaçı gözləyir.

Qeyd edək ki, rəsmi adı “Siqnal İduna Park” olan “Vestfalenştadion” arenası 81264 tamaşaçı tutumuna malikdir.