Roman Veydenfeller: “Qarabağ”ı keçmək üçün hər şeyimiz var
18.08.2010 - 09:51
“Qarabağ”la oyundan nə gözlədiyimizi dəqiq bilirik. Çünki iki il əvvəl “Udineze” ilə matçda başımıza gələnlərdən dərs götürmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Roman Veydenfeller deyib.
30 yaşlı qapıçı 8 ildir şərəfini qoruduğu Dortmund təmsilçisinin 2008-ci ildə “Vestfalenştadion”dakı biabırçılığını hələ də unutmayıb. Həmin vaxt onlar öz meydanında İtaliyanın “Udineze” klubuna 0:2 hesabı ilə məğlub olmuşdular. Veydenfeller “Qarabağ”la oyunda bunun təkrarlanmayacağına əmindir: “Bizi qrup mərhələsindən iki oyun ayırır. Qələbə üçün alışıb-yanırıq. Lakin bu hiss gərginliyə, həyəcana çevrilmir. Biz “Qarabağ”ı keçmək üçün bütün keyfiyyətlərə malikik”.
Qeyd edək ki, sabah keçiriləcək “Borussiya” – “Qarabağ” oyunu saat Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0
0