“Borussiya” nəyə qadir olduğunu sabah oyunda göstərəcək”
18.08.2010 - 10:00
“Qarabağ”ı məğlub etmək çətin məsələdir. Lakin bunu bacaracağımıza əminəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Nuri Şahin deyib.
Dortmund təmsilçisinin 22 yaşlı yarımmüdafiəçisi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunu ərəfəsində matç haqda fikirlərini açıqlayıb: “Borussiya” nəyə qadir olduğunu sabah oyunda göstərəcək. Axı hər bir futbolçunun karyerası üçün beynəlxalq oyunlar böyük əhəmiyyət kəsb edir. Qalib gələcəyimiz, yoxsa uduzacağımızdan çox şey asılıdır. Biz də çalışacağıq ki, hər şey istədiyimiz kimi olsun”.
Qeyd edək ki, Almaniyada anadan olan Nuri Türkiyə milli komandasının şərəfini qoruyur. Bu yığmada 22 oyuna 1 qol vuran yarımmüdafiəçi həmin topu məhz Almaniya millisi ilə oyunda rəqib qapısından keçirib.

0
0