Azərbaycan çempionu “Sportinq”lə qarşılaşacaq
18.08.2010 - 10:26
Futzal üzrə UEFA kubokunun 2010/2011-ci il mövsümündə ölkəmizi təmsil edəcək “Araz”ın sonuncu rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə ilkin mərhələdən başlayan İrlandiyanın “Sportinq” klubu A qrupunun qalibi adını qazanıb. Onlar bu qrupdakı hər iki matçda qalib gəlməklə mərhələ adlamağı bacarıblar.
Bununla da mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan çempionunun 3-cü qrupun tam tərkibi müəyyənləşib. Naxçıvanlılar “Nikars” (Latviya), “Siti US Tarqu Mureş” (Rumıniya) və “Sportinq” (İrlandiya) komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, “Araz”ın mübarizə aparacağı qrupun oyunları sentyabrın 25-dən oktyabrın 3-dək Rumıniyada keçiriləcək.

0
0