“Borussiya” Məmmədovu əcnəbi kluba göndərir
18.08.2010 - 11:00
“Borussiya” klubunun rəsmi internet saytı Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Qarabağ” haqda yazı hazırlayıb. Apasport.az-ın məlumatına görə, almanlar Ağdam təmsilçisinin tarixindən və bu günündən bəhs edib.
Avrokuboklarda uzun illər uğursuz çıxış edən “Qarabağ”ın yalnız ötən ildən özünə gəldiyini vurğulayan almanlar müvəffəqiyyətin reseptini Qurban Qurbanovda görür. Gənc məşqçinin qurduğu heyətə də toxunan sayt Ağdam təmsilçisindən “Tvente”yə transfer olunan Vaqif Cavadovdan tutmuş, indiki heyətin dayağı olan Rəşad Sadıqov və Fərhad Vəliyevə qədər bir sıra oyunçulardan bəhs edib. Lakin onların Elvin Məmmədovla bağlı fikirləri daha maraqlıdır: “Məmmədov milli komandada da kifayət qədər məhsuldar oynayıb. Bu futbolçu artıq “Qarabağ”da deyil, xarici çempionatlarda da oynaya bilər. Elvin Cavadovdan sonra əcnəbi klubuna transfer olunmağa ən real namizəddir”.
Qeyd edək ki, Cavadov məhz pley-off mərhələsindəki rəqib Hollandiyanın “Tvente” klubuna keçmişdi. İndi isə rəqib “Borussiya”, təriflənən isə Elvindir...

0
0