Dağıstanlı azarkeşlər Mahir Şükürovu istəyirlər
18.08.2010 - 11:29
Dağıstanlı azarkeşlər Mahir Şükürovu istəyirlər
Rusiyanın “Anji” klubunun azarkeşləri Dağıstan prezidentinə müraciət ediblər. Apasport.az saytının məlumatına görə, fanatlar sevimli komandalarının doğma stadionda oynaya bilməməyindən narahatıdırlar.

Belə ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun da çıxış etdiyi Mahaçqala təmsilçisi son ev oyununu Vladiqafqazda keçirməli olmuşdu. Bunun səbəbi isə “Anji”nin stadionunun ot örtüyünün bərbad gündə olmasıdır. Qarşıdakı matçlarla bağlı vəziyyətin də hələ tam aydınlaşmadığından gileylənən dağıstanlılar prezident Məhəmmədsalam Məhəmmədov və daxili işlər naziri Əbdürəşid Məhəmmədovdan məsələylə bağlı ölçü götürməyi xahiş ediblər. Azarkeşlər Mahir və komandasını doğma stadionda görmək arzusundadırlar.

Qeyd edək ki, “Anji” “Terek”lə neytral meydanda oynamalı olduğu matçda 1:0 hesabı ilə qalib gəlmişdi.