Qurban Qurbanov: Foqts bizə “Borussiya” haqda məlumat verib
18.08.2010 - 11:46
“Borussiya” ilə oyuna var gücümüzlə hazırlaşırıq. İndiyə qədər rəqib meydanında yaxşı çıxış etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” klubu ilə qarşılaşacaq təmsilçimizin baş məşqçisi fikirlərini UEFA-nın rəsmi saytına açıqlayıb. Zədələnən Əfran İsmayılovun yoxluğunu ciddi itki hesab edən həmyerlimiz rəqib azarkeşlərinə qarşı da tədbir gördüklərini vurğulayıb: “Azarkeşlərinə görə, “Borussiya” Almaniyanın ən yaxşı klublarındandır. Stadionun dolu olacağını nəzərə almışıq. Çünki məşq prosesində onların səsi yazılan kasetin sədaları altında hazırlıq keçmişik. Əfran İsmayılovun yoxluğu bizim üçün ciddi itkidir. Berti Foqtsa da təşəkkürümü bildirirəm, o, “Borussiya” ilə bağlı bütün məlumatları bizə verib”.
Qeyd edək ki, “Qarabağ”la “Borussiya” arasında sabah Almaniyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0
0