Millimiz Özbəkistanla iki oyun keçirəcək
18.08.2010 - 12:00
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Özbəkistan yığması ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Daşkənd şəhərində təlim-məşq toplanışında olan Təbriz Həsənovun yetirmələri qüvvəsini iki yoxlama oyununda sınayacaq. Komandamız avqustun 19-da və 21-də Özbəkistanın U-17 yığması ilə 2 yoldaşlıq görüşü keçirəcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq qarşılaşmalardan birincisi “Paxtakor”, ikincisi isə “Car” stadionunda baş tutacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 23-də başa çatacaq.
Mənbə: affa.az
Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 23-də başa çatacaq.
Mənbə: affa.az
0
0