Berti Foqts da Dortmunda olacaq
18.08.2010 - 12:05
Berti Foqts da Dortmunda olacaq
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Dortmunda yollanacaq. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı milli komandamızın üzvlərini iş başında görmək arzusundadır. Ağdamlıların “Visla” ilə səfər görüşünü canlı izləyən Foqts Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Borussiya” – “Qarabağ” matçına da stadiondan baxacaq.

Qeyd edək ki, oyun avqustun 19-da “Vestfalenştadion” stadionunda baş tutacaq.