Arda Turan harada oynayacaq?
18.08.2010 - 12:50
Arda Turan harada oynayacaq?
“Qalatasaray”ın kapitanı Arda Turan İstanbuldan ayrılır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, milli komandasının da şərəfini də qoruyan futbolçunun İngiltərə klublarından biri ilə anlaşdığını bildirilir.

Xəbəri Turanın meneceri Jorje Mandes də təsdiqləyib. Onun sözlərinə görə, yarımmüdafiəçi klubun adını avqustun 20-də Avroliqanın pley-off mərhələsində Lvov “Karpatı”sı ilə ilk oyundan sonra açıqlayacaq.

Qeyd edək ki, Turanla İngiltərənin “Mançester Siti”, “Liverpul” və “Tottenhem” klubları maraqlanırdı.