Samir Əliyev: Bizim futbolçularda ustalıq çatışmır
18.08.2010 - 13:17
Samir Əliyev: Bizim futbolçularda ustalıq çatışmır
“Xəzər Lənkəran”la oyunun çətin keçəcəyini bilirdik. Rəqib təcrübəli futbolçulardan qurulub”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun hücumçusu Samir Əliyev deyib.

Bir vaxtlar iddialı klubların formasını geyinən Əliyev “Neftçi”dən ayrıldıqdan sonra müqavilə imzaladığı “Simurq”da ilk oyununa çıxsa da, debütü uğurlu alınmayıb. Belə ki, Zaqatala təmsilçisi doğma meydanda məğlubiyyətdən qaça bilməyib: “Elə komandalar var ki, ustalıqları yüksəkdir, amma fiziki hazırlıqda axsayırlar. Ancaq “Simurq” gənclərdən qurulub. Bizim futbolçularda ustalıq çatışmır. Ona görə də çətin olacaq”.

Qeyd edək ki, Samir 2004-05-ci illərdə “Xəzər Lənkəran”ın kapitanı olub.