Anelka federasiya rəhbərliyini təlxək adlandırdı
18.08.2010 - 14:24
Nikolya Anelka Fransa Futbol Federasiyasının (FFF) rəhbərliyini təlxək adlandırıb. Apasport.az saytının məlumatına görə, futbolçunun belə deməsinə federasiya rəsmiləri tərəfindən 18 oyunluq yığmadan kənarlaşdırılması səbəb olub.
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında baş verən insidentlərdən sonra FFF-in qərarına əsasən daha çox cəzaya malik qalan Anelka bildirib ki, yalnız o bu qərarı gülməklə qarşılayıb: “Bu ləyaqəti qorumaq üçün ört-basdır edilən bir şeydir. Buna görə mən gülməkdən ölürəm”.
Hücumçunun sözlərinə görə, onun yığma karyerası qərardan sonra deyil, dünya çempionatı ərəfəsində bağlanıb.
Qeyd edək ki, Anelka dünya çempionatının ilk matçında Meksika ilə görüşün fasiləsində baş məşqçi Raymon Domeneki təhqir etdiyi üçün yığmadan kənarlaşdırılıb. Dünən Fransa Futbol Federasiyası, həmçinin Patris Evranı 5, Frank Riberini 3, Jeremi Tulalanı isə 1 oyunluq cəzalandırılıb.

0
0