Allan Lalin üçün şans
18.08.2010 - 14:38
Honduras yığmasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, kolumbiyalı Reynaldo Ruedanın istefasından sonra bu postu meksikalı mütəxəssis Xuan de Dios Kastilyo tutub. 59 yaşlı mütəxəssis 2011-ci ilin sonuna kimi Honduras millisinə rəhbərlik edəcək.
Baş məşqçi təyinatı “Xəzər Lənkəran”ın hücumçusu Allan Lalin üçün də yığma yolunda “yaşıl işıq” ola bilər. Belə ki, əvvəllər millinin şərəfini qoruyan, son 1 ildə komandadan uzaq düşən allan Kastilyoya yaxşı tanışdır. 2003/04 mövsümündə meksikalının rəhbərliyi altında Honduras çempionu olan “Real Espana”nın liderlərindən biri də məhz Allan olub. Çalışdırıcının yaxşı tanıdığı hücumçuya yenidən güvənəcəyi gözlənilir.
Qeyd edək ki, Lalin ötən ilin yayından “Xəzər Lənkəran”ın şərəfini qoruyur.

0
0