Azərbaycan yığmasına 17 futbolçu çağrıldı
18.08.2010 - 15:42
Qadınlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə qrup mərhələsində Uels və Çexiya ilə oyunlara hazırlaşan baş məşqçi Şamil Heydərov düşərgəyə 17 futbolçu dəvət edib.
Komandamız avqustun 21-də Bakıda 2:1 hesabı ilə məğlub etdiyi Uelsə qarşılaşacaq. Bu oyundan 4 gün sonra isə yığmamız 0:5 hesabı ilə uduzduğu Çexiya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimizin 6 oyundan sonra aktivində 4 xalı var. Uelsə qalib gələn futbolçularımız belçikalılarla heç-heçə edib.
Yığmanın heyəti
İradə Quliyeva, Yuliya Larionova, Mətanət Cəfərova, Könül Əsədova, Pərvanə Mirzəquliyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Aygün Qırxlarova, Nigar Məlikova, Sədaqət Vəliyeva, Xəyalə Əzizzadə, Təhminə Süleymanzadə, Aybəniz Əsgərzadə, Nailə Bəyəliyeva, Sevinc Cəfərzadə, Məhsəti Musayeva.
Mənbə: affa.az

0
0