“Lənkəranda sərt oyuna üstünlük veriləcək”
18.08.2010 - 16:32
“Lənkəranda sərt oyuna üstünlük veriləcək”
“Xəzər-Lənkəran”ın azarkeşləri qarşısında oynamaq çətin olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Arif Daşdəmirov deyib.

Şənbə günü baş tutacaq “Xəzər-Lənkəran” – “İnter” qarşılaşmasının gərgin keçəcəyini istisna etməyən Daşdəmirov oyunun gedişindən çox şeyin asılı olduğunu bildirib. O, istənilən şəraitdə meydana ancaq qələbə qazanmaq üçün çıxacaqlarını, “İnter”in buna gücünün çatacağını vurğulayıb: “İstənilən çətinliyə rəğmən, biz 3 xal qazanmaq üçün vuruşacağıq. Oyunun gərgin keçəcəyi dəqiqdir. İndidən nəsə demək tezdir, çünki matçın gedişində ikili mübarizələr zamanı sərtliyə yol veriləcəyi də istisna deyil. Rəqibi öz meydanında yenməyin nə qədər çətin olduğunu bilirik. Ancaq titulumuzu qorumaq üçün bunu etməliyk”.