Kaxaber Sxadadze yenə çempionluq arzusunda
18.08.2010 - 23:03
“Xəzər-Lənkəran”la oyuna hazırlaşırıq. Rəqibimiz çox iddialı komandadır”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasının III turunun mərkəzi oyununda “Xəzər Lənkəran”ın qonağı olacaq son ölkə çempionunun çalışdırıcısı qarşılaşma haqda nikbin fikirdədir. Hər halda, konkret matçla bağlı proqnoz verməkdən yayınan gürcüstanlı mütəxəssis yenə çempion olmaq arzusundadır: “Xəzər-Lənkəran”ın stadionunda oyun keçirmək həm çətin, həm də məsuliyyətlidir. Bu klub ev oyunlarını 10 mindən artıq azarkeşin qarşısında keçirir. Həm “İnter”in, həm də “Xəzər Lənkəran”ın hədəfləri məlumdur. Biz titulumuzu qorumağa çalışacağıq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu avqustun 21-də keçiriləcək.

0
0